“EFES – 2024” TƏLİMİNƏ CƏLB EDİLƏN NÖVBƏTİ HEYƏTİMİZ TÜRKİYƏYƏ YOLA DÜŞÜB 

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən “EFES – 2024” çoxmillətli təlimi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Ordusunun çoxmillətli təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən şəxsi heyəti Türkiyəyə yola salınıb.

“EFES – 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.