
Bizim dünya xalqlarının fərqliliklərini qəbul etməyimiz sülh şəraitində yaşamağımız üçün çox vacibdir. Bütün insanlar bərabər hüquqlara malik olmalıdırlar.
Bunu İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili “Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən nazirlərin 5-ci görüşündə deyib.
O bildirib ki, beynəlxalq təşkilatlar sülh və əmin-amanlığın qorunması məsələsi ilə məşğul olmalıdır. “Sülh içində yaşamağa, birlik və bərabərliyə nail olmaq üçün bir çox mədəniyyətlərarası layihələrə ehtiyac var. Həmçinin çoxmillətli, çoxdinli ölkələrdə də belə platformalara ehtiyac duyulur”, – deyə nazir diqqətə çatdırıb.