“PARİS-2024”Ə LİSENZİYA QAZANAN AZƏRBAYCAN AVARÇƏKƏNİ: BU, ƏZİYYƏTİN, ÇOX ÇALIŞMAĞIN NƏTİCƏSİDİR

“Olimpiadaya lisenziya qazandığım üçün xoşbəxtəm. Nəticədən razıyam”.

Bu sözləri akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Macarıstanın Seqed şəhərində təşkil edilən Avropa Olimpiya Təsnifat reqatasında 2-ci yeri tutaraq “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanması barədə danışarkən deyib.

35 yaşlı idmançı bildirib ki, bu uğur əziyyətin, çox çalışmağın nəticəsidir: “Yarış çox çətin keçdi. Çünki hava küləkli idi. Bu, isə avarçəkənlərə mane olurdu”.

Qeyd edək ki, bu, Azərbaycanın “Paris-2024”ə ümumilikdə 18-ci lisenziyası olub.