ERMƏNİSTANIN QARAGÖL ƏTRAFINDA BİR HƏRBÇİMİZİN HƏLAK OLMASI BARƏDƏ YAYDIĞI MƏLUMAT YALANDIR – MN

Ermənistan tərəfinin dövlət sərhədi istiqamətində Qaragöl ətrafında Azərbaycan Ordusunun bölmələrinin guya təxribat törətməsi və bir hərbçimizin həlak olması barədə yaydığı məlumat yalandır.

Bu barədə Müdafiə Nazirliyindən sorğusuna cavab olaraq bildiriblər.

“Qarşı tərəf bu kimi yalan məlumatlarla törədə biləcəyi diversiyalarına zəmin yaratmağa cəhd göstərir” – deyə nazirlikdən bildirilib.