RUSİYANIN YANĞINSÖNDÜRƏN TƏYYARƏSİ TÜRKİYƏDƏ QƏZAYA UĞRAYIB, 8 NƏFƏR HƏLAK OLUB

Türkiyədə Rusiyanın Be-200 yanğınsöndürən təyyarəsi qəzaya uğrayıb.

Təyyarə Muğla vilayətində baş verən yanğınların söndürülməsində iştirak edib. Bildirilir ki, təyyarə su götürdükdən sonra lazımi hündürlüyü toplaya bilməyib və qayaya çırpılıb.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, göyərtədə 8 nəfər olub: 5 rus hərbçisi və 3 Türkiyə nümayəndəsi. Ekipaj üzvlərindən heç kim xilas olmayıb.