BƏZİ DAĞLIQ VƏ DAĞƏTƏYİ RAYONLARIN MAGİSTRAL AVTOMOBİL YOLLARINDA GÖRMƏ MƏSAFƏSİ MƏHDUDLAŞACAQ

Aprelin 25-də əsasən gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görmə məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.