2021-Cİ İLİN İYULU TARİXİN ƏN İSTİ AYI OLUB

2021-ci ilin iyul ayı tarixin ən isti ayı olub.

TASS agentliyi xəbər verir ki, bu barədə ABŞ-ın Milli Okean və Atmosfer Araşdırmaları İdarəsi məlumat yayıb.


Məlumata görə, iyul ayında qeydə alınan yer səthinin və okeanın ümumi istiliyi 20-ci əsrin orta temperaturu olan 15,8 dərəcə Selsi göstəricidən 0,93 dərəcə yüksək olub.
Qurum 1880-ci ildən bəri hava şəraitini izləyir. İyul ayında əvvəlki rekord temperatur 2016-cı ildə qeydə alınmışdı, daha sonra 2019 və 2020-ci illərdə də eyni rəqəm müşahidə edilmişdi. Hazırkı rekord həmin illərin nisbətlərini 0,01 dərəcə Selsi üstələyib.