YAPONİYA SAHİLLƏRİNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

Yaponiya sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Kyuşu adasındakı Nişinomote şəhərindən 157 km cənub-şərqdə yerləşib.

Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.