
Türkiyə Milli Müdafiə Nazirliyi İraq ərazisində keçirilən əməliyyat
nəticəsində daha 4 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalindaki Metina bölgəsində yerləri müəyyən edilən terrorçulara hava zərbəsi endirib.
Nazirlik regionda terrorizmlə mübarizənin effektiv şəkildə və
qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.
