RAMİN MƏMMƏDOV DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ TƏYİN EDİLİB

Prezident İlham Əliyev R.Ə.Məmmədovun Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Ramin Ələmşah oğlu Məmmədov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.