TÜRKİYƏDƏ DAŞQIN – ÖLƏN VƏ İTKİN DÜŞƏN VAR

Türkiyənin şimalındakı Bartın vilayətində baş vermiş daşqınlar nəticəsində bir nəfər həyatının itirib, daha bir nəfər itkin düşmüş hesab edilir.

Daşqın Bartının Ulus rayonunda ciddi fəsadlar törədib.

Bartın-Karabük avtomobil yolu hərəkətə bağlanıb. Bəzi kəndlərdə dağılan evlərin qalıqları altından 20 nəfər xilas edilib.

Bəzi yaşayış məntəqələrini əlaqələndirən körpülər çöküb.