TÜRKİYƏLİ DEPUTAT AZƏRBAYCANA TƏŞƏKKÜR ETDİ

“Atalarımız “Dost çətin gündə tanınar” deyib. Can Azərbaycandan gələn dostlarımızın varlığı bizə ruh yüksəkliyi və güc verdi”.

Bunu Türkiyə Böyük Millət Məclisinin Dənizli üzrə millət vəkili Şahin Tin deyib.

O, yanğınların söndürülməsinə dəstək verdikləri üçün azərbaycanlı yanğınsöndürənlərə təşəkkür edib:

“Həm meşələrimizdəki yanğına, həm də könüllərimizə su səpirlər. Belədir bizim qardaşlığımız. Bu səbəbdən iki dövlət, bir millətik. Allah birliyimizi pozmasın”.

Qeyd edək ki, Muğla şəhərinin Köyceyiz rayonunda iyulun 29-da başlayan meşə yanğını Dənizli şəhərinin Beyağac rayonunun 5 kilometrliyinə qədər yaxınlaşıb. Yanğınların başladığı ilk günlərdən Azərbaycan Türkiyənin yanında olduğunu ifadə edib və yanğınla mübarizə üçün canlı qüvvə və texnika göndərib.