“CLİCKJACKİNG” NƏDİR VƏ NECƏ QORUNMAQ OLAR?

“Clickjacking” kiberdələduzlar tərəfindən istifadəçiləri fərqli veb-saytlara yönləndirmək və fərdi məlumatlarını ələ keçirmək üçün istifadə olunan kiberhücum növüdür.

Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Clickjacking”dən necə qorunmaq olar?

1) Şübhəli veb-saytlara keçid etməyin.

2) “Pop-up” pəncərələrə qarşı ehtiyatlı olun.

3) Brauzerinizin təhlükəsizlik funksiyalarını aktivləşdirin.

4) Veb-brauzerinizi və əməliyyat sisteminizi daim yeniləyin.

Odur ki qeyd olunanlara əməl edərək “clickjacking”dən qoruna bilərsiniz.