SURİYADA GƏMİ PARTLAYIB – XƏSARƏT ALANLAR VAR

Suriyanın Latakiya limanında dayanan gəmilərin birində partlayış baş verib.

Partlayışdan sonra gəmidə yanğın başlayıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Qeyd olunur ki, insident gəmidə texniki baxış üzrə işlər aparılarkən qeydə alınıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Gəminin hansı ölkəyə məxsus olması barədə məlumat verilməyib.