
Tayvanın şərq sahillərində maqnitudası 3,4-6,5 arasında dəyişən 20-dən çox yeni təkan qeydə alınıb.
Bu barədə adanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.
Qeyd edək ki, bu gün yerli vaxtla səhər saat 7:58-də (Bakı vaxtı ilə 3:58) adanın şərq hissəsindəki Hualien şəhəri yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib. Yaponiyanın səlahiyyətli qurumları Tayvan adasına yaxın adalarda, o cümlədən Okinava prefekturasında sunami xəbərdarlığı elan edib.
Dağıntı və tələfatın olduğu bildirilir.