AZƏRBAYCAN GİMNASTLARI BEYNƏLXALQ TURNİRDƏ MÜBARİZƏ APARACAQLAR

Azərbaycanın bədii gimnastları Bolqarıstanda keçiriləcək “Sofiya Kuboku” beynəlxalq turnirində iştirak edəcəklər.

Məşqçi Aliyə Paşayevanın rəhbərliyi altında böyük fərdi gimnastlar Leyli Ağazadə və Kamilla Seyidzadə qüvvəsini sınayacaq.

Yarışda hakim Səbinə Hacıyeva da ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, “Sofiya Kuboku” aprel 4-dən 7-dək təşkil olunacaq.