PREZİDENT İLHAM ƏLİYEV VLADİMİR PUTİNƏ BAŞSAĞLIĞI VERİB

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

Başsağlığında deyilir:

“Hörmətli Vladimir Vladimiroviç,

“Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıtdı.

Bu terror aktını şiddətlə qınayır, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbir, yaralılanlara isə tezliklə şəfa diləyirəm”.