
Moskvadakı “Crocus City Hall” ticarət mərkəzində atışma və partlayış nəticəsində azı 15 nəfərin həlak olduğu, 35 nəfərin yaralandığı bildirilir.
Şahidlərin sözlərinə görə, üç nəfər avtomatlı şəxs ticarət mərkəzinə daxil olub, “Piknik” qrupunun konserti olan zalda tamaşaçılara atəş açıb və qumbara atıblar. Hazırda binada yanğın başlayıb, 100-ə yaxın insanın köməksiz vəziyyətdə qalıb.
Yanğınsöndürənlər xüsusi təyinatlıların gəlişini gözləyidikləri üçün yanğını söndürə bilmirlər.
“Crocus City Hall” yerləşdiyi Moskva vilayətinin Krasnoqorsk şəhərinə 50-dən çox təcili yardım avtomobili göndərilib.