ÇİNİN CGTN KANALININ “MƏRKƏZ” PROQRAMININ XÜSUSİ BURAXILIŞI AZƏRBAYCANA HƏSR OLUNUB

Çin Mərkəzi Televiziyasının və Çin Beynəlxalq Radisounun daxil olduğu “China Media Group” media korporasiyasının ingilisdilli CGTN kanalının “Mərkəz” proqramının xüsusi buraxılışı Azərbaycana həsr edilib.

Rəsmi şəxslərlə, nüfuzlu ictimai-siyasi xadimlərlə aktual mövzular ətrafında müsahibələr əsasında hazırlanan verilişin aparıcısı Van Quan proqramın əvvəlində ötən il Bakıda Prezident İlham Əliyevlə müsahibəsini, dövlətimizin başçısının Azərbaycan-Çin münasibətləri, bu əlaqələrin inkişafı ilə bağlı haqqında fikirlərini xatırladıb.

Proqramın qonağı olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aparıcının ölkəmizin xarici siyasətinə, Azərbaycan ilə Çinin siyasi, iqtisadi-ticari, humanitar və digər sahələrdə əməkdaşlığına, əlaqələrin inkişaf perspektivlərinə, Çinin “Bir kəmər, bir yol” təşəbbüsü və onun tərkib hissəsi olan Orta Dəhliz üzrə əməkdaşlığa, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq məsələlərinə dair və digər mövzularda suallarını cavablandırıb.