
Rusiyada prezident seçkilərində səslərin 100 faizi hesablanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Beləliklə də ölkənin fəaliyyətdə olan prezidenti Vladimir Putin 85,13 faiz səslə irəlidədir.
Digər namizədlər – Nikolay Xaritonov 4,31 faiz, Vladislav Davankov 3,80 faiz, Leonid Slutski 3,20 faiz səs toplayıblar.
Martın 17-i saat 18:00-a olan məlumata görə, ölkədə seçki fəallığı 74,22 faiz olub.