RUMINİYANIN SABİQ BAŞ NAZİRİ: PREZİDENT İLHAM ƏLİYEVİN SEÇKİDƏ YENİDƏN QALİB GƏLMƏSİ XALQIN ONA ETİMADININ GÖSTƏRİCİSİDİR

Azərbaycan Prezidenti İlham Əliyevin seçkidə yenidən qalib gəlməsi xalqın ona etimadının göstəricisidir.

Bu barədə Rumıniyanın sabiq baş naziri Ana Birçall XI Qlobal Bakı Forumunda “Süni intellekt, pilotsuz uçuş aparatları və kiber müharibə dövründə yeni təhlükəsizlik paradiqması”adlı panel iclasında çıxışı zamanı deyib.

“Bu qalibiyyət bir daha göstərir ki, xalq Prezident İlham Əliyevin dövlət siyasətini dəstəkləyir.

Bizə qarşı enerji faktorunu silah kimi istifadə edənlərə artıq cavabımız var, biz bunun qarşısını almışıq. Bu da bizim region ölkələrinin Azərbaycanla olan enerji əməkdaşlığından qaynaqlanır”,- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.