
Ermənistanın KTMT-dən çıxması bu ölkənin milli maraqlarına cavab vermir, həmin proses Qərbdə hazırlanır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RİA Novosti” agentliyinə müsahibəsində bildirib. O əlavə edib: “Ermənistanın KTMT-dən çıxması istəyi Qərblə “oyun oynamağa” deyil, ölkənin real ehtiyaclarına əsaslanmalıdır”.
Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb: “Öz səhvlərini ört-basdır etmək üçün təşkilatın arxasında gizlənmək lazım deyil”.
Diplomatın sözlərinə görə, Rusiya Ermənistanla təmaslar zamanı onun anti-Rusiya siyasətinə cəlb olunmasının riskləri barədə xəbərdarlıq edir. “Biz bütün qəlbimizlə və səmimiyyətlə arzu edirik ki, Ermənistan öz suverenliyini qoruyub saxlasın”, -deyə M.Zaxarova qeyd edib.