AZƏRBAYCAN GİMNASTI DÜNYA KUBOKUNDA QIZIL MEDAL QAZANIB

Azərbaycan gimnastı Selcan Mahsudova Niderlandın Alkmaar şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

O, batut gimnastikası üzrə yarışın qızıl medalını qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi Niderlanda 4 gimnastla yollanıb.4 gün davam edən yarışda Selcan Mahsudova ilə yanaşı, Hüseyn Abbasov, Mehdi Əliyev və Nicat Mirzəyev də Dünya Kubokunda mübarizə aparıblar.