TOKİO 2020: AZƏRBAYCAN KARATEÇİSİ YARIMFİNALA YÜKSƏLİB

Tokio 2020 Yay Olimpiya Oyunlarında Azərbaycan karateçisi İrina Zaretskaya qadınlar arasında 61 kiloqramdan yuxarı çəki dərəcəsində yarımfinala yüksəlib.

İ.Zaretskaya qrup mərhələsinini sonuncü görüşündə türkiyəli Meltem Hocaoğlu Akyola 4-0 hesabı ilə qalib gəlib.

Karateçimiz qrup mərhələsində keçirdiyi 4 görüşdən 3-də qalib gələrək 6 xalla qrup lideri olub.

XXX

10:31

Tokio 2020 Yay Olimpiya Oyunlarında Azərbaycan karateçisi İrina Zaretskaya qadınlar arasında 61 kiloqramdan yuxarı çəki dərəcəsində ikinci görüşündə qalib gəlib.

İ.Zaretskaya qrup mərhələsində italiyalı Silviya Semeraronu 3-2 hesabı ilə üstələyib.

Karateçimiz qrup mərhələsində növbəti görüşlərini qazaxıstanlı Sofya Berultseva və Türkiyə təmsilçisi Meltem Hocaoğlu Akyola qarşı keçirəcək.

09:56

Tokio 2020 Yay Olimpiya Oyunlarında Azərbaycan karateçisi İrina Zaretskaya qadınlar arasında 61 kiloqramdan yuxarı çəki dərəcəsində yarışlara qələbə ilə başlayıb.

İ.Zaretskaya qrup mərhələsinin ilk görüşündə yaponiyalı idmançı Ayumi Uekusaya 4-1 hesabı ilə qalib gəlib.

Karateçimiz qrup mərhələsində növbəti görüşlərini italiyalı Silviya Semeraro, qazaxıstanlı Sofya Berultseva və Türkiyə təmsilçisi Meltem Hocaoğlu Akyola qarşı keçirəcək.

Xatırladaq ki, ötən gün azərbaycanlı karateçi Rəfael Ağayev 75 kiloqram çəki dərəcəsində gümüş medala sahib olub.