PAKİSTANDA BİNANIN ÇÖKMƏSİ NƏTİCƏSİNDƏ DOQQUZ NƏFƏR HƏLAK OLUB

Pakistanın şərqindəki Pəncab əyalətinin Multan şəhərində üçmərtəbəli yaşayış binasının çökməsi nəticəsində doqquz nəfər həlak olub, iki nəfər isə ağır yaralanıb.

Associated Press of Pakistan saytı xəbər verir ki, hadisə şəhərin “Haram Gate” ərazisi yaxınlığında baş verib.

Xilasetmə əməliyyatına rəhbərlik edən fövqəladə hallar üzrə səlahiyyətli nümayəndə Kalim Ullahın açıqlamasına görə, həyatını itirənlərin yeddisi bir ailənin üzvləridir. Hadisə ilə bağlı araşdırma aparılır.