BOLQARISTAN XALQ MƏCLİSİNİN NÜMAYƏNDƏ HEYƏTİ ŞƏHİDLƏRİN XATİRƏSİNİ EHTİRAMLA YAD EDİB

Azərbaycanda səfərdə olan Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi nümayəndə heyəti martın 4-də Şəhidlər xiyabanını ziyarət edib.

Nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən nümayəndə heyətinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.