Ağdamda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutu 2021-ci il 16-17 sentyabr tarixlərində “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirəcək.
Konfransın plenar iclası Ağdamda, digər iclasları onlayn təşkil olunacaq.
Konfransda aşağıdakı istiqamətlərdə müzakirələr aparılacaq:
– Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər;
– Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı;
– Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət;
– Məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı.