Əfqanıstanın müdafiə naziri vəzifəsini icra edən Bismillah Məhəmmədinin evinin yaxınlığındakı avtomobilin partlaması nəticəsində ən az 4 həlak olub, daha 20 nəfər yaralanıb. Bundan sonra təhlükəsizlik qüvvələri ilə hücum edənlər arasında qarşıdurma olub.
Bu barədə AFP agentliyi Əfqanıstanın təhlükəsizlik xidmətində olan mənbələrə istinadən bildirib.
Mənbələr avtmobilin kamikadze tərəfindən idarə edildiyini qeyd ediblər.