AZƏRBAYCAN GİMNASTLARI ALMANİYADAKI BEYNƏLXALQ TURNİRDƏ İŞTİRAK EDƏCƏKLƏR

Bədii gimnastika üzrə Azərbaycan millisi Almaniyanın Fellbax-Şmiden şəhərində keçiriləcək “Gymnastic International 2024” turnirində iştirak edəcəklər.

Azərbaycan Gimnastika Federasiyasından verilən xəbərə görə, yarışda məşqçilər Nərmin Cahangirova və Nəzrin Cəfərzadənin rəhbərliyi altında gənclər arasında Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova, Fidan Qurbanlı, böyüklər arasında Kamilla Seyidzadə və Kamila Qafarova medallar uğrunda mübarizə aparacaqlar.

Bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim Nigar Abdusalimova isə turnirdə ölkəmizi hakim kimi təmsil edəcək.