MOSKVA ERMƏNİSTANI KTMT-NİN TAMHÜQUQLU ÜZVÜ HESAB EDİR

Moskva Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü hesab edir.

Bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

O qeyd edib ki, İrəvan KTMT-ni Avropa İttifaqından olan müşahidəçilərlə əvəzləməyə üstünlük verib. “Bu missiyanın işinin sıfıra bərabər olan səmərəliliyi hər kəsə aydındır. Biz o nöqteyi-nəzərdən çıxış edirik ki, Ermənistan Respublikası statusundan irəli gələn bütün hüquqları və öhdəlikləri ilə birlikdə KTMT-nin tamhüquqlu üzvü olaraq qalmaqda davam edir”, – deyə diplomat vurğulayıb.