QATI DUMAN İSTANBUL AEROPORTLARINDAN BİRİNİN İŞİNİ ÇƏTİNLƏŞDİRİB

Bu gün səhər İstanbulu bürüyən duman sərnişin axınının böyüklüyünə görə meqapolisin ikinci hava limanı olan Sabiha Gökçendə reyslərin gecikməsinə səbəb olub.

Bir sıra aviareyslərin qəbulu dayandırılıb.

Yanacaq çatışmazlığı riski ilə qarşılaşan bəzi laynerlər Beynəlxalq İstanbul Aeroportuna, eləcə də Ankaranın Esenboğa hava limanına yönləndirilib.

Bundan başqa, bütün reyslər üzrə uçuşlar təxirə salınıb.

Aeroportun fəaliyyəti yerli vaxtla saat 09.37-də bərpa edilib.