Deputat Eldəniz Səlimovun toxunulmazlığı ləğv edilib.
Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Deputatlar Eldəniz Səlimovun hərəkətinin təəssüf doğurduğunu və Milli Məclisin adına böyük ləkə gətirdiyini diqqətə çatdırıblar.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, polis əməkdaşını döydüyü üçün Eldəniz Səlimova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.