AZƏRBAYCAN HƏRBİ NÜMAYƏNDƏLƏRİ TÜRKİYƏDƏ TƏDRİS MƏRKƏZİNİ ZİYARƏT EDİB

Azərbaycanın hərbi nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin MEBS Məktəbi və Tədris Mərkəzində olublar.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan hərbi nümayəndə heyəti ilə yanaşı Qətərin nümayəndə heyəti də mərkəzdə yaradılan şəraitlə tanış olublar.