TURAL ƏHMƏDOV: BU İL 5 YENİ PEŞƏ İXTİSASININ QİYMƏTLƏNDİRMƏ VƏ TANINMASI HƏYATA KEÇİRİLƏCƏK

2024-cü il ərzində 5 yeni peşə ixtisasının qiymətləndirmə və tanınmasının həyata keçirilməsi planlaşdırılır.

Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, 2021-ci ildə 29, 2022-ci ildə 143, 2023-cü ildə 169 nəfərə peşə ixtisasını təsdiq edən sənəd təqdim edilib.