XƏZƏR DƏNİZİNİN İLK HİBRİD ENERJİ QURĞULU DALĞIC GƏMİSİ TİKİLƏCƏK

ASCO-nun sifarişi əsasında Bakı Gəmiqayırma Zavodunda tikiləcək Xəzər dənizinin ilk hibrid enerji qurğulu dalğıc gəmisi dənizin 60 metr dərinliyində işləmək imkanına malik olacaq.

Bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən (ASCO) bildirilib

Qeyd olunub ki, ASCO-nun ekoloji siyasətinə, eləcə də Beynəlxalq Dənizçilik Təşkilatının və bir sıra digər təsnifat cəmiyyətlərinin emissiyaların azaldılması ilə bağlı tələblərinə uyğun inşa ediləcək bu gəmi həm də Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfə verəcək.