AZƏRBAYCAN YANĞINSÖNDÜRƏNLƏRİ QARDAŞ ÖLKƏ TÜRKİYƏDƏ YANĞINLARIN SÖNDÜRÜLMƏSİNDƏ İŞTİRAK EDİRLƏR

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə iyulun 31-də qardaş ölkəyə çatıb.

Artıq yanğınsöndürənlərimiz Türkiyədə meşə yanğınlarının söndürülməsi istiqamətində fəaliyyətə başlayıblar.

Qeyd edək ki, Azərbaycan tərəfindən qardaş ölkədə baş verən yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar göndərilib.