FEVRALIN 18-DƏ BAKIDA VƏ ABŞERON YARIMADASINDA HAVA ŞƏRAİTİ ƏSASƏN YAĞMURSUZ KEÇƏCƏK

Azərbaycanda fevralın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, yarımadanın ayrı-ayrı yerlərində yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3°, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 millimetr civə sütunu olacaq. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacaq.