MÜNXENDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İLƏ “INDRA” ŞİRKƏTİNİN PREZİDENTİNİN GÖRÜŞÜ OLUB

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən “Indra” şirkətinin prezidenti, idarə heyətinin sədri Mark Tomas Murtranın görüşü olub.

Görüşdə ötən illər ərzində şirkət ilə Azərbaycan arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olunub, bu əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.

Söhbət zamanı bir sıra yeni layihələr barədə fikir mübadiləsi aparıldı və əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq ifadə olunub.