ƏLİLLƏRİN VƏ ŞƏHİD AİLƏLƏRİNİN İCBARİ ŞƏXSİ SIĞORTA VƏSAİTİ HESABINA SOSİAL MÜDAFİƏSİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ MÜDDƏTİ UZADILIB – SƏRƏNCAM

Əlillərin və şəhid ailələrinin icbari şəxsi sığorta vəsaiti hesabına sosial müdafiəsinin maliyyələşdirilməsi müddəti uzadılıb.

Bu, Prezident İlham Əliyevin “Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Sərəncamda etdiyi dəyişiklikdə öz əksini tapıb.