
Moskva Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır.
Bu barədə brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
M.Zaxarova deyib: “Biz bundan çox narahatıq…Təkidlə Bakı və İrəvanı təmkin göstərməyə, gərginliyin azaldılması istiqamətində addımlar atmağa, gələcəkdə də vəziyyətin deqradasiyasına səbəb olacaq addımlardan çəkinməyə çağırırıq. Meydana çıxan bütün məsələlər istisnasız olaraq sülh, siyasi-diplomatik yolla həll olunmalıdır”.
Rusiya XİN ən yüksək səviyyədə əldə olunmuş üçtərəfli razılaşmalar kompleksinin həyata keçirilməsinə və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işinin bərpasına çağırıb.
