AZƏRBAYCAN ƏHALİSİNİN SAYI 10 MİLYON 180 MİN 770 NƏFƏRƏ ÇATIB

2023-cü ildə ölkə üzrə əhalinin sayı 53625 nəfər və ya 0,5 faiz artaraq 2024-cü il yanvar ayının 1-i vəziyyətinə 10180770 nəfərə çatıb. Dövlət Statistika Komitəsi bildirir ki, əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.