AZƏRBAYCAN, TÜRKİYƏ VƏ PAKİSTANIN PARLAMENT SƏDRLƏRİNİN RƏHBƏRLİK ETDİKLƏRİ NÜMAYƏNDƏ HEYƏTLƏRİNİN ŞUŞAYA SƏFƏRİ BAŞLAYIB

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iyulun 29-da Şuşa şəhərinə səfəri başlayıb.

Səfər çərçivəsində nümayəndə heyətləri Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrini və digər məkanları ziyarət edəcəklər.

Qonaqlar işğal dövründə erməni vandalizminin nəticələri, həmçinin Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olacaqlar.

Nümayəndə heyətləri Şuşadan qayıdarkən yolüstü Füzuli rayonuna da baş çəkəcəklər.