BAKININ BƏZİ ƏRAZİLƏRİNDƏ VELOSİPED YOLLARI SALINIR

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrası davam etdirilir.

AYNA-dan bildirilib ki, bu çərçivədə Azadlıq prospektinin Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin aralığındakı hissəsində artıq müvafiq nişanlanma işlərinə başlanılıb.