ANAMA AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ ÖTƏN HƏFTƏ AŞKARLANAN MİNA VƏ HƏRBİ SURSAT BARƏDƏ MƏLUMATI AÇIQLAYIB

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan bildiriblər ki, fevralın 5-dən 11-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda piyada əleyhinə 162, tank əleyhinə 33 mina və 836 partlamamış hərbi sursat aşkarlanıb.

Bildirilib ki, 908,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.