MUSTAFA ŞENTOP: BAKI BƏYANNAMƏSİ BÖLGƏMİZİN TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİNƏ ÖZ TÖHFƏSİNİ VERƏCƏK

Bu gün görüşün burada keçirilməsi çox sevindiricidir. İnanıram ki, bu formatda görüşlərin keçirilməsi üç qardaş ölkə arasında münasibətləri daha irəli aparacaq.

Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin Milli Məclisdə keçirilən üçtərəfli görüşündə deyib.

O qeyd edib ki, burada Bakı bəyannaməsi imzalanacaq: “Bu, bölgəmizin təhlükəsizliyi və əminamanlığının təmin edilməsinə öz töhfəsini verəcək. Üçtərəfli münasibətləri institutlaşdırmaq baxımından bu sənəd mühüm rol oynayır”.