XOCALIDA KÜTLƏVİ MƏZARLIQ AŞKAR EDİLİB

İşğaldan azad olunan Xocalı rayonunda kütləvi məzarlıq aşkar edilib.

Əsgəran qalasının yaxınlığında aşkarlanan məzarlıqda azı 8 insan qalığı var. Qalıqların Xocalı faciəsi zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilir.

Hazırda müvafiq qurumların nümayəndələri jurnalistlərin iştirakı ilə kütləvi məzarlığa baxış keçirirlər.