
Qazaxıstan Parlament Məclisində yeni baş nazirin seçilməsi üçün fraksiyaların səsverməsi keçirilib.
Səsvermə nəticəsində Oljas Bektenov Qazaxıstanın yeni baş naziri seçilib.
Səsvermə nəticəsində Oljas Bektenovun baş nazir postuna namizədliyini 69 lehinə, 7 əleyhinə səslə dəstəkləyib.
Səsvermə bitdikdən sonra Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev O.Bektenovun baş nazir təyin edilməsi barədə sərəncam imzalayıb.
Qeyd edək ki, Oljas Bektenovun namizədliyini Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev təklif edib.