TBMM-İN NÜMAYƏNDƏ HEYƏTİ BAKIDAKI “TÜRK ŞƏHİDLİYİ” ABİDƏSİNİ ZİYARƏT EDİB

Ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti və Türkiyə səfirliyinin əməkdaşları fevralın 6-da Şəhidlər xiyabanında “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

Nümayəndə heyətinin üzvləri Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən qəhrəman və fədakar türk əsgərlərinin xatirəsini anıb, abidənin üzərinə gül dəstələri qoyublar.

Sonda Şamil Ayrım “Türk şəhidliyi” abidəsinin xatirə kitabını imzalayıb.