AZƏRBAYCAN İLƏ SƏUDİYYƏ ƏRƏBİSTANI ARASINDA MÜDAFİƏ SƏNAYESİ SAHƏSİNDƏ BİRGƏ ƏMƏKDAŞLIQ İMKANLARI MÜZAKİRƏ EDİLİB

Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində davam edən “World Defence Show-2024” Beynəlxalq Müdafiə Sərgisində iştirak edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev bir neçə görüş keçirib.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə V.Mustafayev Səudiyyə Ərəbistanı Krallığının müdafiə nazirinin müavini Əbdülrəhman bin Məhəmməd bin Əbdüləziz bin Əyyaf Əl Muqrin ilə görüşüb.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq imkanları müzakirə edilib və qarşı tərəfin təcrübə mübadiləsində maraqlı olduğu vurğulanıb.

Daha sonra V.Mustafayev İraqın Müdafiə Sənayesi Komitəsinin rəhbəri Mustafa Ati Hassan, İraqın Baş nazirinin müşaviri Məhəmməd Əl Darraj və İspaniyanın “Escribano Mechanical and Engeenering” şirkətinin rəhbərliyi ilə görüşüb.

Görüşlərdə mövcud əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.