SANKT-PETERBURQDA NƏRGİZ BAĞIRZADƏNİN SSENARİSİ İLƏ ÇƏKİLMİŞ FİLMİN PREMYERASI OLUB

Sankt-Peterburqda Nərgiz Bağırzadənin ssenarisi ilə çəkilmiş filmin premyerası olub.

“Lenfilm” kinostudiyasında “Bala” bədii filminin premyerası olub. Bu ekran əsəri kinorejissor, ssenarist və prodüser Nərgiz Bağırzadənin ssenarisi əsasında rejissor İrina Bas tərəfindən lentə alınıb.

Filmin premyerasında iştirak edən Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov layihənin kollektivini və soydaşımız Nərgiz Bağırzadəni “Bala” filminin ekranlara çıxması münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Qeyd edək ki, film ana və qızın mürəkkəb qarşılıqlı münasibətləri, insanın cəmiyyətdə öz yerini tapması və həyatın gətirdiyi problemlərdən bəhs edir. Baş rolları Mariya Matsel və Viktoriya İsakova ifa ediblər.

Nərgiz Bağırzadə Bakıda anadan olub. O, S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetini və Gennadi Ostrovskinin ssenarist-rejissor emalatxanasını bitirib.